Bakı. Trend:
Taylandda turizm polisi daşqınlar səbəbindən ölkənin cənubundakıHat Yai şəhərindəki 17 oteldən turistləri təxliyə edib.
Trend-in məlumatına görə, bu barədə Tayland polisininməlumatında bildirilib.
Məlumata əsasən, söhbət Malayziya, Sinqapur və İndoneziyavətəndaşlarının təxliyəsindən gedir.
"Turizm polisi 17 oteldən turistləri Hatyay bələdiyyəsindəkimüvəqqəti sığınacağa təxliyə edib və orada onlara yemək və içməlisu verilib. Hatyay Hava Limanı adi rejimdə fəaliyyətini davametdirir", - deyə qeyd edilib.
Tayland turizm orqanları səyahətçilərə Hatyay şəhər mərkəzinə,xüsusən də güclü yağışlar nəticəsində su altında qalan düzənlikərazilərə baş çəkməkdən çəkinməyi tövsiyə edib.