Bakı. Trend:
Baltik dənizindəki Finlandiya və Estoniyanın ərazi sularında"Freezing Winds 25" təlimi keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə Finlandiya MüdafiəNazirliyinin mətbuat xidməti bildirib.
"Finlandiya Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi ilə bu payızınəsas hərbi təlimi olan "Donan Küləklər 25" 24 noyabr - 4 dekabr2025-ci il tarixlərində Finlandiyanın cənubunda, Arxipelaqdənizində və Finlandiya körfəzinin mənsəbində keçiriləcək. Təlimzamanı qüvvələr və gəmilər Estoniyanın ərazi sularından da istifadəedəcəklər", - deyə bildirilib.
Nazirlik əlavə edib ki, təlimdə Finlandiyanın NATO müttəfiqləri- Belçika, Danimarka, Almaniya, Latviya, Litva, Niderland, Polşa,ABŞ, Fransa və Estoniyadan 20 hərbi gəmi və dəstək gəmisi, eləcə dəNATO-nun Daimi Mina Əleyhinə Tədbirlər Qrupu (SNMCMG1) iştirakedəcək.