Serie A-da 12-ci turun oyunları oynanılır.

Offsideplus.az xəbər verir ki, bu tur Milan derbisi baş tutub. Hər iki klub eyni stadionda oynasa da, nominal ev sahibi qismində "İnter" çıxış edirdi.

Görüş gərginliyi ilə yadda qalsa da, oyunda sadəcə 1 qol oldu. 54-cü dəqiqədə Kristian Pulişiç fərqləndi.

74-cü dəqiqədə "İnter" penalti vurmaq hüququ qazandı. Topa yaxınlaşan Hakan Çalhanoğlu penaltidən yararlana bilmədi.

Yekunda isə "Milan" 1:0 hesabla qalib gəldi və 12 turdan 25 xalla 2-ci pilləyə yüksəldi. "İnter" isə 24 xalla 4-cüdür.