EN

Botanika İnstitutunda III Beynəlxalq Apiterapiya və Təbiət Konqresi keçirilib

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda III Beynəlxalq Apiterapiya və Təbiət Konqresi (IANCO25) keçirilib.

İnstitutdan bildirilib ki, konqres Qaradəniz Texniki Universiteti, Naxçıvan Dövlət Universiteti, Botanika İnstitutu və Gümüşhane Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

İlk dəfə 2023-cü ildə Naxçıvan şəhərində, 2024-cü ildə Türkiyənin Trabzon şəhərində keçirilmiş, üçüncü dəfə isə Bakı şəhərində təşkil olunan Konqresin əsas məqsədi apiterapiya (bal, vərəmum, arı südü, arı zəhəri və s.) və təbiətə əsaslanan elmlər sahəsində tədqiqatçıları bir araya gətirmək, elmi müzakirələr aparmaq, qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək, yeni elmi layihələrin formalaşmasına və inkişafına töhfə vermək, dünyada apiterapiya və təbiət elmləri üzrə elm adamlarını bir platformada toplayaraq, beynəlxalq elmi şəbəkələr qurmaqdan ibarətdir.

Konfransda Azərbaycan, Türkiyə, Pakistan, Əlcəzair, İndoneziya, Yunanıstan, Qazaxıstan, Özbəkistan və digər müxtəlif ölkələrdən qatılan görkəmli alimlər, mütəxəssislər, apiterapiya və fitoterapiya sahəsi üzrə tədqiqatçılar iştirak ediblər.

Tədbiri Botanika İnstitutunun direktoru, professor Səyyarə İbadullayeva açaraq konqresin işinə uğurlar arzulayıb. O, bu mötəbər tədbirin ölkəmizdə keçirilməsinin əsas məqsədinin zəngin floraya, biomüxtəlifliyə malik Azərbaycan təbiəti və bu təbiətdən gələn qiymətli arı məhsullarının tədqiqinə dair ən son elmi yenilikləri müzakirə etmək, müəssisələr və tədqiqatçılar arasında beynəlxalq əməkdaşlıqları genişləndirmək, yeni araşdırma istiqamətlərinə yol açmaq olduğunu vurğulayıb. Professor Botanika İnstitutunda biomüxtəlifliyin qorunması və təbii mənşəli müalicə üsullarının öyrənilməsi istiqamətində aparılan elmi tədqiqatlardan söz açıb. Konqresdə təqdim olunacaq məruzələrin, aparılacaq müzakirələrin tədqiqatçı və mütəxəssislər üçün böyük fayda verəcəyini vurğulayıb.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Gümüşhane Universitetinin rektoru Oktay Yıldız, Qaradəniz Texnik Universitetinin professoru Sevgi Kolaylı, Pakistanın Karaçi Universitetinin professoru Muhammad İqbal Choudhary, Azərbaycan Peşəkar Arıçılar Birliyinin sədri Elxan Ələkbərov çıxış ediblər.

Konqres 11 bölmə iclasları və 80-dən çox poster təqdimatları ilə işini davam etdirib. Bölmələrdə ümumilikdə 8 ölkədən 150-dən çox tədqiqatçının məruzəsi dinlənilib.

 

Chosen
1
2
tehsil.biz

3Sources