EN

Bakı-Qazax yolunda nəqliyyatın sıxlığı yaranıb

Bakı-Qazax yolunda yaranan sıxlığın aradan qaldırılması üçün YPX əməkdaşları tərəfindən zəruri bütün tədbirlər görülür.

Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, Bakı-Qazax yolunun 104-cü kilometrində, paytaxt istiqamətində aparılan təmir işləri ilə əlaqədar yaranmış sıxlığın aradan qaldırılması istiqamətində zəruri bütün tədbirlər görülür.

Yol sahəsinə əlavə naryad qrupları ayrılıb. YPX əməkdaşları hərəkətin tənzimlənməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə gücləndirilmiş rejimdə xidmət aparırlar.

Chosen
12
26
far.az

10Sources