EN

Aİ: Ukrayna ordusunun sayı 800 min nəfərlə məhdudlaşdırılsın

BAKI, 23 noyabr. TELEQRAF

Avropa İttifaqı ölkələri Ukrayna ilə bağlı hazırladıqları yeni planda Ukrayna Silahlı Qüvvələrinin sayının "sülh dövründə" 800 min nəfərlə məhdudlaşdırılmasını təklif edirlər.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi sənədə istinadla məlumat yayıb.

Məlumata görə, Aİ ölkələri həmçinin NATO qırıcılarının Polşada yerləşdirilməsi ideyasını dəstəkləyir və ABŞ-dən Kiyevə NATO-nun 5-ci maddəsi səviyyəsində “hərbi təminatlar” verməyi zəruri hesab edir.

Bundan başqa, Brüssel Rusiyaya məxsus dondurulmuş aktivlərin öz nəzarətində saxlanılmasını tələb edir. Məqsəd həmin vəsaitlərin müsadirə olunması və iddia edilən şəkildə Ukraynanın itkilərinin “kompensasiya edilməsinə” yönəldilməsidir.

Chosen
58
teleqraf.com

1Sources