EN

Tramp Ukrayna və Avropanı ittiham edib

ABŞ Prezidenti Donald Tramp Ukrayna və Avropanı ittiham edib.

Ölkə.az xəbər verir ki, Donald Tramp “Truth Social” hesabında paylaşımında növbəti dəfə Ukrayna–Rusiya müharibəsinin baş verməsinə görə Co Bayden administrasiyasını günahlandırıb.

ABŞ Prezidenti qeyd edib ki, güclü və düzgün liderlik olsaydı, Ukrayna müharibəsi baş verməzdi. Donald Tramp 2020-ci ildə ABŞ-da prezident seçkilərinin “saxtalaşdırıldığını” iddia edərək, bu səbəbdən Rusiya Prezidenti Vladimir Putinin hücuma keçmək üçün fürsət gördüyünü vurğulayıb: “Mənim prezidentlik dövrümdə belə bir təhlükə belə yox idi, Putin heç vaxt hücum etməzdi. Putin Co Baydeni görəndən sonra ‘bu, mənim şansımdır’ dedi”.

Donald Tramp bildirib ki, ABŞ hazırda NATO vasitəsilə Ukraynaya milyardlarla dəyərində silah göndərməkdə davam edir: "Ukrayna rəhbərliyi bizim səylərimizə görə heç bir minnətdarlıq bildirməyib, Avropa isə hələ də Rusiyadan neft alır".

ABŞ Prezidenti müharibəni “humanitar fəlakət” adlandırıb.(apa)

Chosen
36
50
olke.az

10Sources