EN

Katz: İsrailə əl qaldıranların əli kəsiləcək

BAKI, 23 noyabr. TELEQRAF

İsrail təhlükəsizlik hədələrinin qarşısını almaq üçün qətiyyətlə hərəkət edəcəyini və Livanda eləcə də digər istiqamətlərdə maksimal təzyiq siyasətini davam etdirəcəyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin müdafiə naziriİsrael Katz açıqlama verib.

“Baş nazir Benyamin Netanyahu ilə birlikdə Livanda və digər cəbhələrdə maksimal təzyiq siyasətini davam etdirməkdə qərarlıyıq. Şimal bölgəsi sakinlərini və İsrail dövlətini hər hansı təhdiddən qorumaq üçün qətiyyətli addımlar atacağıq. İsrailə əl qaldıran istənilən şəxsin əli kəsiləcək”, - azir X sosial platformasında yazıb.

O həmçinin vurğulayıb ki, İsrail rəhbərliyi 7 oktyabr 2023-cü il hadisələrindən əvvəlki şəraitə qayıdılmasına imkan verməyəcək.

Chosen
53
2
teleqraf.com

3Sources