EN

“Qarabağ” yola çıxdı – FOTO

UEFA Çempionlar Liqasının 5-ci turunda “Napoli” ilə qarşılaşacaq “Qarabağ” bu gün Neapola yollanır.

KONKRET.az xəbər verir ki, Ağdam təmsilçisi Bakı vaxtı ilə saat 18:00-da çarter reysi ilə İtaliyaya gedəcək.

Qeyd edək ki, sabah axşam “Qarabağ”ın Neapoldakı “Dieqo Maradona” stadionunda məşqi nəzərdə tutulub.

Xatırladaq ki, Neapolda keçiriləcək “Napoli” – “Qarabağ” matçı noyabrın 25-də yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 26 noyabr saat 00:00-da) başlanacaq.

Chosen
17
7
konkret.az

10Sources