EN

Zelenski Cenevrə danışıqlarının ilkin nəticələrini açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski Cenevrədə keçirilən ilkin danışıqları dəyərləndirib.

Publika.az xəbər verir ki, bu barədə Zelenski "Telegram" səhifəsində məlumat yayıb.

Dövlət başçısı qeyd edib ki, ABŞ-ın sülh planına Ukrayna üçün kritik elementlər daxil ola bilər.

Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti hazırda Cenevrədə müharibəni dayandırmaq, sülhü bərpa etmək və davamlı təhlükəsizliyi təmin etmək üçün işlək həllər tapmaq üçün çalışır.

Chosen
51
3
publika.az

10Sources