EN

Premyer Liqa: "Sabah" "Şamaxı" ilə heç-heçə etdi

BAKI, 23 noyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasında XII turun növbəti oyununda "Sabah" və "Şamaxı" komandaları qarşılaşıb.

Teleqraf xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən matçda qalib müəyyənləşməyib - 0:0.

Görüşün baş hakimi Kamranbəy Rəhimov olub.

Dördüncü pillədə qərarlaşan Masazir təmsilçisi bu nəticə ilə xallarının sayını 22-yə çatdırıb. Şamaxı klubu isə 14 xalla səkkizincidir.

Qeyd edək ki, tura bu gün keçiriləcək "Neftçi" - "İmişli" oyunu ilə yekun vurulacaq.

Chosen
31
teleqraf.com

1Sources