EN

Moskva yaxınlığındakı enerji obyektinə dron hücumu oldu

BAKI, 23 noyabr. TELEQRAF

Ötən gecə Moskva vilayətinin Şatura şəhərində yerləşən elektrik stansiyası dron hücumuna məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya “Telegram” kanalları məlumat yayıb.

Yayılan görüntülərdə enerji obyektində güclü yanğın müşahidə olunur. İlkin məlumata görə, 4–5 pilotsuz uçuş aparatı stansiyanın yüksək gərginlikli yağ transformatorlarını vurub. Həmin avadanlıqlar elektrik enerjisinin ümumi enerji sisteminə ötürülməsini təmin edir.

Chosen
49
teleqraf.com

1Sources