EN

Dronlar Moskvada QRES-i belə partlatdı

Ukrayna Silahlı Qüvvələri (VSU) Rusiyanın Moskva vilayətindəki Şatura QRES-inə (Qazboru Reaktiv Elektrik Stansiyası) dronlarla hücum edib.

Publika.az xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov özünün Teleqram kanalında məlumat yayıb.

"Dronların bəziləri hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib və bir neçəsi stansiyaya düşüb. Obyektdə yanğın baş verib və hazırda yanğın lokallaşdırılıb", - deyə Rusiya rəsmisi məlumat verib.

Vorobyovun sözlərinə görə, alternativ elektrik xətlərinə yenidən qoşulma səbəbindən Şaturanın enerji təchizatı kəsilməyib. Rayona istiliyi təmin etmək üçün səyyar modul qazanxanalar göndərilib.

Tural

Chosen
15
publika.az

1Sources