Avropa artıq ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli üçün planına qarşı öz təkliflərini formalaşdırıb. Metbuat.az xəbər verir ki, bu barədə "The Washington Post" yazır. Avropalıların Cenevrədə danışıqlara gətirdiyi sənəddə üç əsas məqam var.1. Kiyevin silahlı qüvvələrinə məhdudiyyət qoyulmayacaq.2. Ukrayna yenidən Zaporoje Atom Elektrik Stansiyası və Kaxovka su anbarı üzərində nəzarəti bərpa edəcək, həmçinin Dnepr çayı üzərində "maneəsiz keçidlər" və Kinburn yarımadası üzərində nəzarət əldə edəcək.3. Digər ərazi mübahisələri atəşkəsdən sonra müzakirə olunacaq (yəni, Ukrayna atəşkəs üçün Donbasdan qoşunlarını çıxarmır).