Moskva vilayətindəki Lenin adına Şaturskaya DRES-inə PUA zərbələri endirilib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində DRES ərazisində yanğınlar baş verib.
Qeyd edək ki, Şaturskaya DRES-nin gücü 1500 MVt-dır. Stansiya Moskva vilayətini elektrik enerjisi və istiliklə təmin edir.