EN

Rubio ABŞ-ın planını Ukrayna üzrə danışıqlar üçün “möhkəm əsas” adlandırıb

Bakı. Trend:

ABŞ-ın Dövlət katibi Marko Rubio Vaşinqtonun təklif etdiyi planıUkrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar üçün “möhkəməsas” adlandırıb.

Trend xəbər verir ki, bubarədə Rubio X sosial şəbəkəsində yazıb: “Sülh təklifi ABŞtərəfindən hazırlanıb. O, davam edən danışıqlar üçün möhkəm əsaskimi təqdim olunub”.

“Reuters”in Dövlət Departamentinin sözçüsünə istinadla yaydığıməlumata görə, Rubio şənbə günü Vaşinqtondan Cenevrəyə yola düşüb.Burada Vaşinqtonun təklif etdiyi nizamlanma planı üzrə aparıcı Aİölkələri, həmçinin ABŞ və Ukrayna nümayəndələri ilə danışıqlarnoyabrın 23-nə planlaşdırılıb.

Chosen
84
9
az.trend.az

10Sources