İngiltərə Premyer Liqasının XII turunda “Çelsi” səfərdə “Börnli”ni 2:0 hesabı ilə məğlub etdikdən sonra baş məşqçi Enzo Mareska komandasının çıxışını şərh edib.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.
“Çox çətin oyun oldu. Oyunçular əla mübarizə apardılar və biz yenə “sıfır” buraxmadan oynadıq. Rəqibin ikinci hissədə cəmi bir ciddi şansı oldu. Sonra cərimə meydançasında müəyyən xaos yaşandı, amma bu oyunun bir hissəsidir. Ümumilikdə isə qələbəni haqq etdik və bunun üçün məmnunuq. Əsas odur ki, hər kəs prosessdə iştirak etsin”.
12 turdan sonra “Çelsi” 23 xalla turnir cədvəlində ikinci yerdə qərarlaşıb. “Börnli” isə 10 xalla 19-cu sıradadır. Lider “Arsenal” 26 xalla önə çıxıb.