EN

Rubio və Witkoff Cenevrədə Ukrayna danışıqlarına qatılacaq

ABŞ dövlət katibi Marko Rubio və xüsusi elçi Steven Witkoff noyabrın 23-də İsveçrənin Cenevrə şəhərində Ukrayna nizamlanması üzrə danışıqlarda iştirak edəcək.

Doğru.az xəbər verir ki, məlumat CNN-ə istinadən yayımlanıb.

Məqalədə bildirilir: “Rubio və Witkoff sabah Cenevrədə danışıqlara qatılacaq.”

Qeyd edək ki, bundan əvvəl noyabrın 24-də Anqolada Aİ-nin Ukrayna üzrə fövqəladə sammitinin keçiriləcəyi açıqlanmışdı.

DOĞRU.AZ

Chosen
25
dogru.az

1Sources