EN

"Trampın planı NATO nu dağıdacaq"

Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Mari-Aqnes Ştrak-Zimmerman ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına dair sülh planını “dəlilik” adlandırıb.

Bakupost.az xəbər verir ki, o, bu planın NATO-nu dağıda biləcəyi ilə bağlı xəbərdarlıq edib.

“Belə adlandırılan “ABŞ sülh planı” dəlilikdir, bu, məcburi sülh gətirə və NATO-nu məhv edə bilər”, - Ştrak-Zimmerman bildirib.

Avropa Parlamentinin deputatının fikrincə, plan tamamilə qəbuledilməzdir və Avropanın digər ölkələrinin təhlükəsizliyi üçün təhdid yaradır.

Ştrak-Zimmerman Almaniya hökumətindən tələb edib ki, nəhayət mövqe tutsun və Ukraynaya hər cür dəstək göstərsin, o cümlədən “Taurus” qanadlı raketləri ilə təmin etsin: “Taurus”ların tədarükü ABŞ-nin qeyri-müəyyən prezidentinə baxmayaraq, Ukraynaya ehtiyacı olan dəstəyi təmin edərdi”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
32
1
www.bakupost.az

2Sources