Bakının Binəqədi rayonunda yerləşən “Lake” hotelində 4 ofisiantın faciəli şəkildə həlak olmasının şahidi, mühafizəçi Əliağa Həsənov hadisənin təfərrüatlarını danışıb.
Ölkə.Az xəbər verir ki, onun sözlərinə görə, ofisiantlara hündürlükdə quraşdırılmış pəncərələri təmizləmək üçün istifadə edilən təkərli nərdivanı hərəkət etdirmək tapşırılıb.
Hərəkət zamanı metal konstruksiya yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə ofisiantlar elektrik cərəyanı vuraraq yerindəcə keçiniblər.

Fotoda: Cavidan Muradlı
Fotoda: Emil Quliyev
Fotoda: Eltac Əliyev
Fotoda: Əkbər Zeynalov