Azpost portalından verilən məlumata əsasən, ain.az bildirir.
İsveçrədə yaxın günlərdə Ukraynaya təklif edilmiş “Tramp planı” ilə bağlı müzakirələr başlayacaq.
AzPost bildirir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov açıqlama verib.
Onun sözlərinə görə, ABŞ və Ukrayna nümayəndələri gələcək sülh müqaviləsinin mümkün parametrləri ilə bağlı məsləhətləşmələrdə iştirak edəcəklər.
“Ukrayna bu prosesə öz maraqlarını aydın şəkildə anlayaraq yanaşır. Bu, son günlərdə davam edən və hər şeydən əvvəl gələcək addımlar üçün vizyon barədə razılığa gəlmək məqsədi daşıyan dialoqun növbəti mərhələsidir”-deyə, Umerov Telegram-da yazıb.
Ukrayna mediasının məlumatına görə, Ukrayna nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinin özü, Prezident Aparatının rəhbəri Andrey Yermak, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov, xarici işlər nazirinin müavini Sergey Kıslıtsya və bir neçə digər rəsmi şəxs daxil olacaq.
Bu arada, Bloomberg xəbər verir ki, Aİ liderləri Kiyevin “Tramp planı”nın imzalanmasına qədər onun detallarını əhəmiyyətli dərəcədə dəyişdirə bilməsi üçün Ukrayna üçün vaxt almaq istəyirlər. Agentliyin mənbəyinə görə, Vladimir Zelenski və Avropa liderləri sənədin əksər hissəsini yenidən yazmaqla yanaşı, onu konstruktiv yeniləmələr kimi təqdim etmək barədə müzakirələr aparırlar.
AzPost.az
Paylaş
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.