
Alkoqol asılılığından əziyyət çəkən insana kömək etmək üçün ona bu vərdişin ailəyə necə təsir etdiyini göstərmək lazımdır.Ulusum.az xəbər verir ki, bunu narkoloq Andrey Türin life.ru-ya açıqlamasında deyib.Həkimin sözlərinə görə, alkoqol problemi olan qohumla ciddi söhbətə hazırlaşmaq diqqət tələb edir. Türin bunun üçün “enmə gündəliyi” adlandırdığı üsulu məsləhət görür. Bu gündəliyə həmin şəxsin borcları, eləcə də içkinin uşaqlara və ailəyə necə təsir etdiyini göstərən faktlar daxil edilməlidir.Türin bildirib ki, bu faktları topladıqdan sonra onun ayıq, sakit və müdafiəsiz olduğu nadir bir anı gözləmək lazımdır. Bu vaxt ittihamlara yol vermədən vəziyyətin real mənzərəsini göstərmək daha təsirli olur.O deyir: “Qışqıraraq günahlandırmaq lazım deyil. Sakit şəkildə göstərmək lazımdır ki, xəstəlik onu və ailəni hansı nəticələrə gətirib çıxarıb.”R.Daşdəmirova
Diqqət Çəkənlər
Hikmət Mirzəyev əfsanəvi kəşfiyyatçı Mühüd Orucovun atasını qəbul edib
Noyabrın 22-si – Azərbaycanın ədliyyə orqanlarının yaradılmasının 107-ci ildönümüdür.
Yasamalda yaşayış binasında yanğın nəticəsində ölənlər var