BAKI, 22 noyabr. TELEQRAF
"Dünən restoran fəaliyyət göstərirdi. Hadisənin binanın elektrik şaxtasından qaynaqlandığı bildirilir”.
Teleqraf-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, bunu özünü “Loft Dent” stomatoloji klinikanın hüquqşünası kimi təqdim edən şəxs deyib.
Onun sözlərinə görə, həmin şaxtanın restoranla heç bir əlaqəsi yoxdur:
“Klinikanın sənədləri ilə bağlı hazırda məhkəmə çəkişməsi gedir. Restoran və klinikanın rəhbərləri isə tamamilə ayrı-ayrı şəxslərdir”.