EN

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 23 milyon dollara yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Gürcüstan arasındaticarət əməliyyatlarının həcmi 699,4 milyon ABŞ dolları təşkiledib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 22,5 milyon ABŞ dolları və ya 3,3% çoxdur.

Hesabat dövründə Gürcüstan ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 1,71%-i həcmində olub.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Gürcüstana557,4 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilineyni dövrü ilə müqayisədə 18 milyon ABŞ dolları və ya 3,1%azdır.

Dövr ərzində Gürcüstana ixrac edilmiş məhsulların 1,586 milyonABŞ dollarını bitumlu süxurlardan alınmış xam neft və xam neftməhsulları təşkil edib. Bu dəyərdə neft ixracının həcmi isə 3 838tona bərabər olub. Ötən ilin eyni dövründə Azərbaycandan Gürcüstanasözügedən məhsulların ixracı qeydə alınmayıb.

Beləliklə, Gürcüstan hesabat dövründə Azərbaycanın ən çox neftixrac etdiyi ölkələr siyahısında 21-ci pillədə qərarlaşıb.

Eyni zamanda cari ilin ilk 10 ayında Azərbaycandan Gürcüstanaixrac edilmiş məhsulların 273,6 milyon ABŞ dollarını qeyri-neftməhsulları təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə39,6 milyon ABŞ dolları və ya 16,9% çoxdur.

Gürcüstana ixrac edilmiş qeyri-neft məhsullarının ümumi ixracdapayı 9,16% paya malik olub. Bununla da Gürcüstan dövr ərzindəAzərbaycanın ən çox 4-cü qeyri-neft məhsulları alıcısı mövqeyindəqərarlaşıb.

Hesabat dövründə Gürcüstandan Azərbaycana isə 142,1 milyon ABŞdolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cüilin eyni dövrü ilə müqayisədə 40,4 milyon ABŞ dolları və ya 40%artım deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanxarici ölkələrlə 40,862 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 milyardABŞ dolları və ya 3,8% çoxdur.

Xarici ticarət dövriyyəsinin 21,637 milyard ABŞ dolları ixracın,19,225 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 1,1 milyard ABŞ dolları və ya 4,9% azalıb, idxal isə 2,6milyard ABŞ dolları və yaxud 15,6% artıb.

Nəticədə xarici ticarətdə 2,412 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 3,7 milyard ABŞ dolları və ya2,5 dəfə azdır.

Chosen
22
13
az.trend.az

10Sources