EN

PSJ Barselona nın ulduzundan əl çəkmir Onu almağın yeganə yolu...

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Futbol dünyasının diqqətini səs-küylü transfer iddiası cəlb edib. 

Fanat.Az xəbər verir ki, məlumatı "El Nacional" yayıb. 

Mənbənin məlumatına görə, "Barselona"nın yarımmüdafiəçisi Qavi dizindən aldığı zədəyə baxmayaraq PSJ-nin radarına düşüb. PSJ-nin baş məşqçisi Luis Enrike Qavini israrla komandasında görmək istəyir. Təcrübəli mütəxəssis rəhbərliyi inandırmağa çalışıb ki, Qavi onun sistemində əsas oyunçuya çevrilə bilər.

Ancaq "Barselona"nın prezidenti Joan Laporta Qavini buraxmaq fikrində deyil. Klub rəhbəri gənc ulduzu satın almağın yeganə yolunun 1 milyard avroluq sərbəstqalma müddəasını ödəmək olduğunu bildirib.

Qeyd edək ki, ötən mövsüm "Barselona"nın heyətində La Liqada 26 matça çıxan, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan Qavi zədə səbəbindən bu mövsüm cəmi 2 oyunda iştirak edib, 1 asist müəllifi olub.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
1
fanat.az

2Sources