EN

Nigeriyada məktəbə silahlı hücum olub: 50 dən çox şagird qaçırılıb

Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.

heç bir silahlı qrup cinayətə görə məsuliyyəti öz üzərinə götürməyib

Nigeriyanın Aqvara şəhərindəki Müqəddəs Məryəm Katolik Məktəbinə hücum edərək 50-dən çox şagirdi qaçırdıqları bildirilir. AYNA.AZ xəbər verir ki, Nigeriyanın “Vanguard” nəşrinin məlumatına görə, hələlik heç bir silahlı qrup cinayətə görə məsuliyyəti öz üzərinə götürməyib. Nigeriya hakimiyyəti araşdırma aparır.

Müqəddəs Məryəm Məktəbinə edilən hücum, bu həftənin əvvəlində Maqada 25 qızın qaçırıldığı internat məktəbinə edilən hücumla eyni şəkildə baş verib. Silahlı şəxslər məktəb ərazisinə girib, şagirdləri silahla hədələyib və havaya atəş açıblar. Onlar şagirdlərin yataqxanalarına girib, onları çölə zorla çıxarıb və yaxınlıqdakı meşəyə aparıblar.

Maqadakı hücumdan sonra Nigeriya hakimiyyəti təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən bütün internat məktəblərinin müvəqqəti bağlanmasını əmr edib. Nəşrin qeyd etdiyi kimi, Müqəddəs Məryəm Məktəbinin rəhbərliyi bu əmrə əməl etməyib və uşaqlar evə göndərilməyib. Məktəb 2008-ci ildə İrlandiyadan olan katolik keşişi tərəfindən açılıb. Məktəbdə 7-17 yaş arası uşaqlar təhsil alır.

Bu həftə naməlum şəxslər Erukudakı Məsih Apostol Kilsəsinə də hücum edərək iki nəfəri güllələyib və pastoru qaçırıblar. Nigeriyada əsasən uşaqların oğurlanması halları müntəzəm olaraq baş verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
34
13
ayna.az

10Sources