EN

Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli Yasamalda baş verən yanğında həlak olub

Xəbər verdiyimiz kimi, Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər ölüb.

APA xəbər verir ki, ölən şəxslərdən 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı (Könül Vəlibəyli) Bakı Milli Geyim Evinin rəhbəridir.

Yaxınları APA-ya deyib ki, Könül Hümbətovanın qızı Ləman da kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir

Chosen
53
7
apa.az

9Sources