ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukraynanın Vaşinqtonun təqdim etdiyi sülh planına ən geci gələn cümə axşamına qədər razılıq verməsi gözlənilir.
Musavat.com xəbər verir ki, Trampın sözlərinə görə, “Şükran Günü razılaşma üçün ən uyğun vaxtdır”. O əlavə edib ki, Ukrayna hazırda ərazi itirir, Rusiya Prezidenti Vladimir Putin isə “müharibəni davam etdirmək istəmir”.
Prezidentin bu bəyanatı Kiyevə yönəlik təzyiqlərin artdığı bir vaxtda səslənib.
Musavat.com