EN

Xəzər dənizinin geri çəkilməsi nəticəsində meşə qalıqları üzə çıxıbVİDEO

Xəzər dənizinin geri çəkilməsi nəticəsində Lənkəranda meşə qalıqları üzə çıxıb.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Kənarmeşə kəndi ərazisində Xəzərin geri çəkilməsi nəticəsində son bir il ərzində üzə çıxan iri ağac köklərinin qədim meşə qalıqları olduğu bildirirlir. Nəhəng ağac kökləri yerin dərinliklərinə nüfuz etdiyi üçün ləpələr onları digər ərazilərə doğru hərəkət etdirə bilməyib. Yaşlı kənd sakinləri burada meşənin olduğunu görməsələr də, bu barədə babalarından eşitdiklərini deyirlər.

Üzə çıxan bəzi kök qalıqlarının diametri 3-4 metrə çatır. Suyun geri çəkilməsi nəticəsində aşkara çıxan bu qalıqlar bir zamanlar bu ərazidə meşə zolağının olmasından xəbər verir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
110
xezerxeber.az

1Sources