EN

Növbəti köç karvanı Xocalı şəhərinə çatıb

Noyabrın 21-də doğma yurduna yola salınan köç karvanı Xocalı şəhərinə çatıb.

 

Pravda.az xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 136 nəfərdən ibarət 25 ailəyə mənzillərin açarları təqdim edilib.

 

Mərasimdə Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Tarix: 21 Noyabr 2025, 16:36   
Chosen
30
1
pravda.az

10Sources