EN

Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb

Noyabrın 21-də doğma yurduna yola salınan köç karvanı Horovlu kəndinə çatıb.

 

Pravda.az xəbər verir ki, bu mərhələdə Horovlu kəndinə 189 nəfərdən ibarət 47 ailəyə mənzillərin açarları təqdim edilib.

 

Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Tarix: 21 Noyabr 2025, 15:23   
Chosen
19
4
pravda.az

10Sources