EN

Bakıda FACİƏ: 4 ofisiantı "tok" vurub öldürdü

Bu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində faciəvi hadisə baş verib.

 

Binəqədi şosesində yerləşən “Lake Hotel” şadlıq sarayının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib.

 

“Azərişıq” ASC-dən sorğumuza cavab olaraq bildirildi ki, hadisə baş verən həmin 35 kV-luq özəl xətt 2007-ci ildə istifadəyə verilib: “Həmin yüksəkgərginlikli xətt özəl şirkətə məxsus olduğu üçün “Azərişıq” ASC-nin balansında deyil”.

 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir./qafqazinfo.az

Tarix: 21 Noyabr 2025, 14:17   
Chosen
19
25
pravda.az

10Sources