EN

Generaldan medal alan,nazirlər yola salan,qurumla müğənniləri düşmən edən Mənzərxanım kimdir? - DOSYE

Son günlər Mədəniyyət Nazirliyi ətrafında skandallar yaşanır.İş o yerə şatıb ki,sənət adamlarının bir qismi Nazirliyin bir neçə əməkdaşına qarşı  sözün əsl mənasında müharibə elan edib.Şikayətçilərin bir neçə nəfər olması onların haqlı tərəf kimi görünməsini gücləndirir.Sənət adamlarının arqumentlərinə  qarşı tərəf isə şablon açıqlamalarla cavab verməklə işini bitirmiş hesab edir.Belə olan halda rəsmi durum çətin vəziyyətə düşür və debatlarda sənət adamlarına uduzur.Dünən Baku TV-nin efirində yayımlanan "Aktual Gündəm" verilişində olduğu kimi...Verilişdə Mədəniyyət Nazirliyini təmsil edən şəxslərin sənətçilərin sərt sualları qarşısında aciz qaldığı açıq-aşkar görünürdü.Efirdə verilən suallardan biri də münasibətlərin bu həddə çatmasına səbəbkar kimi göstərilən Mənzər Nurəliyevanın kimliyi və təhsili idi.Buna da cavab verilmədi...

Paytaxt.org bildirir ki, mənbənin Oxu24.com-a verdiyi məlumata görə,Nazirliklə müğənnilər arasında uçurum yaradan Mənzər Nurəliyeva özü ortalıqda yoxdur.Müğənnilər bu adı yaxşı tanısa da,media və ictimaiyyət bu şəxsi o qədər də tanınmır.Nazirliyin dəhlizlərində və kulis arxasında sənətçilər  bu qadını "Dəmir Lady" adlandırırlar.Bu isə onun sözünün kəsəri və təsir gücü  ilə əlaqələndirilir.



Chosen
34
paytaxt.org

1Sources