EN

Çalışdığı evdən 50 minlik qızıl oğurladı

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtın Səbail rayonunda talama cinayəti baş verib. 

“Qafqazinfo” xəbər verir ki, Badamdar qəsəbə sakininin evindən 50 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Məsələ ilə bağlı zərərçəkən polisə müraciət edib. Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin evdə xadimə kimi çalışan 50 yaşlı M.Abdullayeva şübhəli şəxs qismində müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar nəticəsində onun qızıl-zinət əşyalarını ayrı-ayrı vaxtlarda hissə-hissə evdən oğurladığı müəyyən olunub.  

İdarənin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə iki vətəndaşın ümumilikdə 2470 manat nağd pul və bank kartlarını oğurlamaqda şübhəli bilinən 21 yaşlı N.İsmayılova da tutulub.

Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
24
qafqazinfo.az

10Sources