EN

Azərbaycan və İraq FM radio yayımı ilə bağlı protokol imzalayıb

ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan və İraq arasında FM radio yayımı ilə bağlı protokol imzalanıb.Reyting.az xəbər verir ki, iki ölkənin nümayəndələri Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı çərçivəsində FM radioyayım stansiyalarının koordinasiyasına dair görüş keçirib.Müzakirələr zamanı 2023-cü ildə Bağdadda imzalanmış Anlaşma Memorandumunun müddəaları nəzərə alınaraq, iki ölkə arasında mövcud və planlaşdırılan FM radioyayım stansiyalarının tezlikləri və digər texniki parametrləri razılaşdırılıb, bununla bağlı protokol imzalanıb, qeyd olunan məsələlər üzrə əməkdaşlığın davam etdirilməsi qərara alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
71
2
reyting.az

1Sources