EN

Ev sahibi olmaq istəyənlərə şad xəbər

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən yaşayış kompleksində daha 207 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.

Globalinfo.az xəbər verir ki, yaşayış sahələri 1 və 2 otaqlı olmaqla, aylıq ödənişləri 597 manatdan başlayır.

Yeni mənzillər seçim üçün noyabrın 28-si saat 15:00-dan açıq olacaq.

Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.

İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 8 457 kirayə müqaviləsi bağlanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
87
3
globalinfo.az

7Sources