EN

Qətərdə keçiriləcək UFC turniri qeyri-adi rekorda imza atacaq

BAKI, 21 noyabr. TELEQRAF

Qətərdə keçiriləcək UFC turniri qeyri-adi rekorda imza atacaq.

Teleqraf “Tapology” nəşrinə istinadən xəbər verir ki, bu turnir UFC tarixində ən çoxmillətli yarış olacaq.

22 noyabrda Dohada təşkil olunacaq döyüş gecəsində 21 ölkənin nümayəndələri oktaqona çıxacaq. ABŞ, Polşa, Rusiya, Danimarka, Böyük Britaniya, Tacikistan, Mərakeş, Gürcüstan, Qazaxıstan, Yaponiya, Braziliya, Türkiyə, Avstriya, Qırğızıstan, Norveç, İsveçrə, Bəhreyn, İrlandiya, Fələstin, Yeni Zelandiya və Ermənistanı təmsil edən idmançılar qarşılaşacaq.

UFC-nin əvvəlki rekordu 2023-cü ildə keçirilən UFC 286 turnirinə məxsus idi. Həmin yarışda 16 ölkənin döyüşçüləri iştirak etmişdi.

Qətərdəki turnirin əsas qarşılaşması yüngül çəkidə çıxış edən Den Hucker və Arman Tsarukyan arasında olacaq.

Chosen
45
teleqraf.com

1Sources