EN

Daşkəsəndə YAP-ın yaradılmasının 33-cü ildönümü qeyd olunub

Yazını böyüt
Yazını kiçilt

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümü münasibətilə Daşkəsən rayonunda toplantı keçirilib.

Hafta.az xəbər verir ki, tədbirdə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev və rayonun partiya fəalları iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Daşkəsən rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara baxış keçirilib.

YAP Daşkəsən rayon təşkilatında davam edən partiya fəallarının ümumrayon toplantısında Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib. Çıxışlardan bildirilib ki, müasir, müstəqil Azərbaycanın bütün sahələrdə qazandığı böyük nailiyyətlər məhz Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33 illiyi dünyada öz sözünü deyən qalib dövlətdə qeyd edilir. Bu, hər bir azərbaycanlını qürurlandırır. Yeni Azərbaycan Partiyası Qafqazda ən güclü siyasi partiya olmaqla, Azərbaycan xalqının milli maraqlarına xidmət göstərir.

Sonra YAP rayon təşkilatının veteran üzvlərinə qiymətli hədiyyələr təqdim olunub. Partiya fəallarının ümumrayon yığıncağı Yeni Azərbaycan Partiyası himninin sədaları altında başa çatıb. /azertag/

Chosen
1
1
hafta.az

3Sources