Ukrayna Prezidenti Volodimir Zelenski hakim “Xalqın qulluqçusu” partiyasının deputatları ilə görüşü zamanı korrupsiya qalmaqalı fonunda öz administrasiyasının rəhbəri Andrey Yermakı vəzifəsindən azad etməkdən imtina edib.
Publika.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksiy Honçarenko öz "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, iclasda iki deputat Yermakın istefası ilə bağlı məsələ qaldırıb. Onlardan biri də Maryana Bezuqla olub.
Zelenski cavab veribki, “heç kim heç yerə getmir”.
Qonçarenkonun sözlərinə görə, qarşıda çətin danışıqlar gözlənilir.