ABŞ dövlət katibi Marko Rubio 21 noyabrda Avropa rəsmiləri ilə Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün yeni planı müzakirə etmək niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat verib.
Qəzetin məlumatına görə, eyni zamanda ABŞ-ın Milli Təhlükəsizlik Məsləhətçisi olan Rubio milli təhlükəsizlikdən məsul olan yüksək vəzifəli Avropa rəsmiləri ilə də müzakirələr aparacaq.