525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlar, həmçinin dağıntılar altından çıxarılan cəsədlərlə bağlı son məlumatları açıqlayıb.
525.az xəbər verir ki, son 24 saat ərzində dağıntılar altından 1 nəfərin cəsədi çıxarılıb, 12-si uşaq, 8-i qadın olmaqla ümumilikdə 32 fələstənli həlak olub, 88 nəfər də yaralanıb.
Bununla da atəşkəs başlayandan etibarən ümumilikdə 312 nəfər həlak olub, 760 nəfər yaralanıb, dağıntılar altından 572 nəfər çıxarılıb.
Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 69 546-ya, yaralıların sayı isə 170 833 nəfərə çatıb.
İbrahim Cəfərov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.