EN

"Atletiko"ya hələ çox şey verməliyəm."

“Atletiko”nun yarımmüdafiəçisi Koke yaxın vaxtlarda 34 yaşını qeyd edəcək.

90deqiqe.Az xəbər verir ki, ispaniyalı futbolçu "AS"  nəşrinə verdiyi açıqlamada bildirib ki, hələ də özünü gənc hesab edir və komandaya faydalı ola bilər:

“33 yaşım var, amma hələ çox şey edə bilərəm. Həm “Atletiko”, həm də İspaniya futbolu üçün töhfəm davam edir”, – Koke deyib.

Koke bütün karyerasını “Atletiko”da keçirib. Onun mövcud müqaviləsi gələn ilin yayında başa çatacaq. Bu mövsümdə futbolçu 18 oyunda 2 məhsuldar ötürmə edib.

Chosen
60
90deqiqe.az

1Sources