EN

Zelenski: Biz konstruktiv, səmimi və operativ işə hazırıq

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Ordu katibi Daniel Driskol ilə Ukraynada sülhü müzakirə etdiyini bildirib.

Musavat.com xəbər verir ki, Zelenski bu barədə Telegram kanalında paylaşım edib: "Biz əsl sülhə nail olmaq üçün variantları, iş mərhələlərini və dialoq formatlarını, eləcə də diplomatiya üçün yeni təkanı müzakirə etdik. Komandalarımız - Ukrayna və ABŞ - müharibəni bitirmək üçün planın bəndləri üzərində işləyəcəklər. Biz konstruktiv, səmimi və operativ işə hazırıq”.

O, Driskollu Rusiyanın Ternopoilə 2025-ci ildə istehsal olunmuş X-101 raketi ilə hücumu barədə məlumatlandırdığını qeyd edib: "Onun tərkibində sanksiyalardan yayınaraq Rusiyaya qaçaqmalçılıq yolu ilə gətirilən 175 xarici komponent var. Biz bütün bu cür sxemlərin qarşısını almaqda ABŞ-ın köməyinə ümid edirik".

O, əlavə edib ki, ABŞ Ordu katibinə vacib komponentlərin istehsalçıları, eləcə də hissələrin mənşə ölkələri barədə məlumat verib.

"Sülhə ehtiyac var və biz Prezident Trampın və onun komandasının Avropada təhlükəsizliyi bərpa etmək səylərini yüksək qiymətləndiririk. Ukrayna xalqımızın cəsarəti, dövlət daxilində birliyimiz və tərəfdaşlarımızın köməyi sayəsində insanların həyatını və müstəqilliyini qoruyur".

 

Musavat.com

Chosen
60
2
musavat.com

4Sources