Şahdağ Milli Parkının İsmayıllı rayonu ərazisində ağac kəsilməsi faktı üzrə prosessual araşdırma aparılır.
Bu barədə Manset.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Məlumata görə, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən olunub.
Araşdırmanın nəticələri ilə bağlı hüquqi tədbirlər görüləcək.