EN

ABŞ polisi robot iti əməliyyat vasitəsinə çevirir

Musavat.com xəbər verir ki, ABŞ hüquq-mühafizə orqanları Boston Dynamics şirkətinin Spot adlı dördayaqlı robotundan getdikcə daha geniş istifadə edir.

Alman "ovçarka"sı ölçüsündə olan bu robot artıq ABŞ və Kanadada 60-dan çox sapyor və xüsusi təyinatlı polis qrupunun inventarına daxil edilib. O, əsasən təhlükəli materiallarla işdə və yüksək riskli əməliyyatlarda tətbiq olunur.

Massaçusetsdə qarşısı alınan faciə

Yaxın günlərdə robotun iştirakı ilə ağır bir hadisənin qarşısı alınıb. Massaçusets ştatında bir şübhəli anasını girov götürərək polisə atəş açıb. Spot mənzilə göndərilib və uzaqdan idarəetmə vasitəsilə cinayətkarı dalana sıxışdırmağa nail olub. Polislərin sözlərinə görə, şübhəli robotun görkəmi qarşısında çaşqınlığa düşüb”.

Qiymət və texniki xüsusiyyətlər

Spot-un qiyməti 100 min dollardan başlayır. Robot planşet vasitəsilə idarə olunur və çoxsaylı kameraları real vaxtda görüntü ötürür. Şirkət yaxınlarda ona sürüşkən səthlərdə daha dayanıqlı hərəkət imkanı verən yeni idarəetmə rejimi də əlavə edib. 

 

Musavat.com

 

Chosen
44
musavat.com

1Sources