EN

Zaxarova hədələdi: “Ermənistana açıq şəkildə Moldova və Ukraynaya bənzəmək təklif olunur”

Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Cənubi Qafqazla bağlı növbəti sərt açıqlama ilə çıxış edib.

O, Qərbin regiondakı “destruktiv siyasətinin” sürətlə genişləndiyini bildirib və xüsusilə Ermənistana yönəlik yeni təsir mexanizmlərinin işə salındığını vurğulayıb.

Zaxarovanın sözlərinə görə, Avropa İttifaqı İrəvana təsir imkanlarını artırmaq üçün bütün vasitələrdən istifadə edir — qrantlar, siyasi təzyiq paketləri, informasiya manipulyasiyaları və ideoloji yönləndirmələr gündəmdədir.

Rusiya rəsmisi daha da irəli gedərək bəyan edib: “Ermənistana faktiki olaraq açıq şəkildə Moldova və Ukrayna yolunu təkrar etmək təklif olunur”.

Zaxarova iddia edir ki, Brüssel bu iki ölkəni “avrointeqrasiyanın ən uğursuz nümunələri” kimi təqdim etsə də, eyni modeli Ermənistana sırımağa çalışır. Onun fikrincə, məqsəd erməni cəmiyyətinə neoliberal dəyərləri zorla mənimsətmək, paralel şəkildə isə rusofob əhval-ruhiyyəni gücləndirməkdir.

 

Musavat.com

Chosen
42
musavat.com

1Sources