EN

Nura Suri təhdid edilir?-"Yazıb evdə saxlamışam"

"Mənə qarşı yönəldilən qaralama kampaniyasının müxtəlif formalarda davam etdirildiyini açıq şəkildə bəyan edirəm. Bundan sonra mənim və övladlarımın başına gələcək istənilən neqativ halın kimlərin tərəfindən törədilə biləcəyi ictimaiyyətə və aidiyyəti qurumlara əvvəldən məlumdur".

"Cebheinfo.az" xəbər verir ki,  bunu müğənni Nura Suri sosial şəbəkə səhifəsində yazıb. O bildirib ki, 

Bu məsələ ilə bağlı tam şəkildə hüquqi və ictimai mübarizəyə hazırdır:

"Lakin altdan-altdan aparılan təzyiq, şər, böhtan və digər qeyri-qanuni addımlar mübarizə hesab oluna bilməz. Mənə və ailə üzvlərimə qarşı hər hansısa təxribat, təhdid, nüfuzdansalma və sair cəhdi olacağı halda, bunun kimlər tərəfindən edilə biləcəyi barədə məlumatları əvvəlcədən yazılı şəkildə qeyd edib evdə saxlamışam".

Xatırladaq ki, bir neçə gündür Nura Suri ilə Mədəniyyət Nazirliyi arasında qalmaqal yaşanır. Müğənni nazirliyin bəzi əməkdaşlarını müğənnilərə qarşı ayrı-seçkilikdə ittiham edir. 

Chosen
18
2
cebheinfo.az

3Sources