Ajans.az İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir ki, güzəştli ipoteka kreditlərinin məbləği 1 milyard 16 milyon manat olub.
Ümumilikdə indiyədək fondun həyata keçirdiyi ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi vasitəsilə 64 628 ailənin mənzil şəraiti yaxşılaşıb. Bu çərçivədə 56 161 ipoteka krediti verilib və 8 457 vətəndaşla satmaq öhdəliyi ilə kirayə müqaviləsi bağlanılıb.