EN

Polşa səfirinə hücum edilib

ain.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hurriyyet.az xəbər verir ki, Rusiyada Polşa səfirinə hücum edilib.

Fəallar Sankt-Peterburq şəhərində Polşa səfiri Kşiştof Krayevskiyə hücum ediblər. Bu barədə diplomat özü "RMF24" kanalına bildirib. Hadisə bazar günü, 16 noyabr tarixində baş verib.

Diplomatın sözlərinə görə, etirazçılar təhqiramiz sözlər söyləyərək  fiziki toqquşma yaratmağa çalışıblar, lakin təhlükəsizlik işçiləri hadisənin qarşısını alıblar.

Polşa nümayəndə heyətindən heç kim xəsarət almayıb. Polşa Xarici İşlər Nazirliyi hadisəni Rusiyanın müvəqqəti işlər vəkili ilə müzakirə etdiyini və bu cür hücumların qəbuledilməz olduğunu vurğuladığını bəyan edib. Nazirlik həmçinin Moskvaya Polşadakı son Rusiya konsulluğunun fəaliyyət göstərməsi ilə bağlı razılaşmasını ləğv edən nota göndərib və Katın qəbiristanlığındakı barelyeflərin götürülməsinə etirazını bildirib.

Hürr Tərcüman

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
1
hurriyyet.az

2Sources