EN

Qaçdığı deyilirdi, ölkəsinə qayıtdı

Adı Ukraynada korrupsiyada hallanan Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Rustem Umerov ölkəsinə qayıdıb.

 

Modern.az xÉ™bÉ™r verir ki, bu barÉ™dÉ™ millÉ™t vÉ™kili Aleksey Qonçarenko özünün "Telegram" kanalında mÉ™lumat verib.

 

"Rustem Umerov ölkəyə qayıdıb", - deyə parlamentari yazıb.

 

"Berliner Zeitung" (BZ) nəşri noyabrın 20-də yazıb ki, Umerovun ezamiyyətinin vaxtının uzadılması Ukrayna elitasını narahat edir. Bildirilir ki, Umerovun xaricə "qaçması" onun Ukraynada korrupsiya qalmaqalına aidiyyəti olması ilə bağlı şayiələri qızışdırır.

Chosen
11
3
modern.az

8Sources